"Zirə"nin baş məşqçisi: Salifu Suma öz karyerasını təhlükə altına qoydu
Salifu Suma öz karyerasını təhlükə altına qoydu.
"Sizinxeber.az" xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov UEFA Konfrans Liqasının II təsnifat mərhələsində qarşılaşacaqları "DAK 1904"lə (Slovakiya) oyun öncəsi mətbuat konfransında deyib.
42 yaşlı mütəxəssis UEFA Avropa Liqasının I təsnifat mərhələsində "Şerif"lə (Moldova) keçirilən matçda qırmızı vərəqə alaraq meydandan qovulan Salifu Sumanın komandanı çətin vəziyyətdə qoyduğunu bildirib:
"Şerif"lə matç artıq arxada qalıb. Lakin Suma tək meydanda olan futbolçulara qarşı yox, özünə qarşı da yanlış hərəkət etmiş oldu. Düşünürəm ki, onun gələcək karyerası sual altına düşüb. "Zirə"də onu güclü cəza gözləmir. Çünki mən futbolçularımı cəzalandırmağı sevən məşqçi deyiləm. Yəqin ki, komanda olaraq bizi cərimə gözləyir. Mən öz futbolçumu cəzalandırsam da, nəticə dəyişməyəcək. O, bizi çətin meydanda çətin vəziyyətdə qoydu".
Qeyd edək ki, "Zirə" UEFA Avropa Liqasının I təsnifat mərhələsində "Şerif"ə məğlub olaraq, mübarizəni Konfrans Liqasında davam etdirmək haqqı qazanıb.
Oxşar xəbərlər
Rəşad Sadıqov: Yaxşı komandaya qarşı mübarizə aparacağıq [xfgiven_updateblue][/xfgiven_updateblue]
UEFA Konfrans Liqası: "Zirə"nin III təsnifat mərhələsindəki potensial rəqibi bəlli olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Zirə"nin UEFA Konfrans Liqasında Slovakiya klubu ilə matçının biletləri satışa çıxarılır [xfgiven_updateblue][/xfgiven_updateblue]
UEFA Avropa Liqası: "Zirə" klubunun I təsnifat mərhələsindəki rəqibi müəyyənləşib [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Zirə” - “DAK 1904” oyunundan əvvəl baş tutacaq mətbuat konfranslarının vaxtı müəyyənləşib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












