"Fənərbağça" "Qalatasaray" ilə Superkubok matçına U-19 komandasını çıxaracaq
sizinxeber.az xəbər saytı

"Fənərbağça" "Qalatasaray" ilə Superkubok matçına U-19 komandasını çıxaracaq


Türkiyənin "Fənərbağça" klubu "Qalatasaray"a qarşı keçirəcəkləri ölkə Superkuboku matçına U-19 komandası ilə çıxacaq.

"Report"un məlumatına görə, bu barədə İstanbul təmsilçisinin vitse-prezidenti Erol Bilecik açıqlamasında bildirib.

Klub rəsmisi Türkiyə Futbol Federasiyasına məktub yolladıqlarını söyləyib: "Qarşılaşma uyğun tarixə təxirə salınmasa və oyuna xarici hakim təyin edilməsə, meydana U-19 komandası ilə çıxacağıq".

O, qarşıdakı iki mövsümdə Türkiyə Kubokunda mübarizə aparmayacaqlarını da sözlərinə əlavə edib.

Qeyd edək ki, aprelin 27-də oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da başlanacaq.

Oxşar xəbərlər

Türkiyə Superkuboku: "Qalatasaray" - "Fənərbağça" matçı təxirə salınıb - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türkiyə Superliqası: "Fənərbağça" "Qalatasaray"ı qəbul edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Fənərbağça" - "Qalatasaray" oyununda qalib müəyyənləşməyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Superkubokda baş verənlərlə bağlı Səudiyyə tərəfdən ilk açıqlama [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Qalatasaray"ın baş məşqçisi Superliqanın tarixinə düşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər