"Sumqayıt"ın "Fehervar"la oyunlarını yayımlayacaq kanal dəyişdi
sizinxeber.az xəbər saytı

"Sumqayıt"ın "Fehervar"la oyunlarını yayımlayacaq kanal dəyişdi




"Sumqayıt"ın Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Fehervar"a qarşı keçirəcəyi oyunlar "CBC Sport" telekanalında yayımlanmayacaq.
 
Sizinxeber.az xəbər verir ki, bu barədə klubun Mətbuat Xidməti məlumat yayıb.
 
Dəyişikliyin səbəbi açıqlanmayıb.
 
Həm ev matçı, həm də səfər görüşü əvvəlcədən açıqlandığı kimi "CBC Sport" telekanalı ilə deyil, "İdman TV" telekanalı ilə canlı yayımlanacaq.
 
Qeyd edək ki, "Sumqayıt" - "Fehervar" qarşılaşması iyulun 25-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək və saat 20:00-da başlayacaq. Bu komandalar arasında cavab matçı isə iyulun 31-də Macarıstanda oynanılacaq və saat 21:00-da start götürəcək.
Sizinxeber.az

Oxşar xəbərlər

"Sumqayıt" - "Fehervar" matçına 3300 bilet satılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
UEFA Konfrans Liqası: "Sumqayıt" - "Fehervar" matçına 3300 bilet satılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan Taekvondo Federasiyasında yeni təyinat olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kürdəmirdə QƏZA: İki yaşlı körpə xəsarət aldı [xfgiven_updateblue][/xfgiven_updateblue]
Şirvanda itkin düşən 14 yaşlı qız Bakıda tapıldı [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər