
UEFA-nın rəsmi saytı: "Bayer" Bakıda möcüzə nəticəsində məğlubiyyətdən qaça bildi"

UEFA-nın rəsmi saytı: "Bayer" Bakıda möcüzə nəticəsində məğlubiyyətdən qaça bildi"
UEFA-nın rəsmi saytı Avropa Liqasının 1/8 final mərhələsinin ilk qarşılaşması çərçivəsində Bakıda keçirilən "Qarabağ" - "Bayer" matçını (2:2) dəyərləndirib.
BAKU.WS xəbər verir ali futbol qurumunun saytı "Bayer"in möcüzə nəticəsində bu mövsüm məğlubiyyətsizlik oyunlar seriyasını 35-ə çatdırdığını yazıb.
"Bu mövsüm leverkuzenlilər bir dəfə də olsun məğlub olmayıblar. Amma "Qarabağ" oyuna yarımehtiyyat heyətlə çıxmış rəqibi məğlub etməyə çox yaxın idi. İlk hissə və ikinci hissənin əvvəllərində "Qarabağ"ın hücumçusu Juninyo 3 dəfə kəskin hücum təşkil etdi. Ev sahibləri bunlardan ikisini qolla yekunlaşdıra bildilər. Fasilədən sonra isə "Bayer" dəyişikliklər etməklə vəziyyəti öz xeyrinə dəyişə bildi. Buna səbəb tək zədələr deyil, həm də ev sahibi komandanın üzvü Zubirin kobud səhvi idi.", - deyə yazıda qeyd edilib.
Qeyd edək "Qarabağ"birhəftəsonraLeverkuzendə"Bayer"inqonağıolacaq.
BAKU.WS