Libertadores kuboku qarşılaşmasında huşunu itirən 28 yaşlı uruqvaylı futbolçu öldü
sizinxeber.az xəbər saytı

Libertadores kuboku qarşılaşmasında huşunu itirən 28 yaşlı uruqvaylı futbolçu öldü




"Nasional" futbol klubunun uruqvaylı yarımmüdafiəçisi Xuan İzquierdo 28 yaşında vəfat edib.

BAKU.WS xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Libertadores Kubokunda huşunu itirən futbolçu dünyasını dəyişib

Avqustun 22-də Libertadores Kubokunun 1/8 finalında braziliyalı "San Paulo" ilə görüşdə İzquierdo meydanda huşunu itirib.

“Ürəyimizdə ən dərin ağrı və sarsıntı ilə klub Xuan İzquierdonun vəfatını elan edir, ailəsinə, dostlarına, həmkarlarına və yaxınlarına dərin hüznlə başsağlığı veririk”, - deyə bəyanatda bildirilir.

İzquierdo 2024-cü ildə "Nasional"a keçib və həmçinin Uruqvayın Liverpool, Montevideo, Atletico San Luis, Penarol və Cerro klublarında çıxış edib. 2022-ci ildə "Nasional" ilə ölkə çempionu olub.

BAKU.WS

Oxşar xəbərlər

Braziliya futbolçusu oyun zamanı huşunu itirib
Xuan Kuadrado yenidən A Seriyasında çıxış edə bilər
Üzgüçü Paris Olimpiadasında hovuzda huşunu itirdi
Braziliya millisinin sabiq baş məşqçisi xəstəxanaya yerləşdirilib
London klubunun futbolçusu oyun vaxtı huşunu itirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər