Mbappe "Santyaqo Bernabeu"da debüt matçından danışdı: "Bu, əla andır"
Madrid "Real"ının futbolçusu Kilian Mbappe klubun doğma stadionu "Santyaqo Bernabeu"da La Liqa matçında "Valyadolid"ə qarşı keçirdiyi debüt oyunundan (3:0) sonra açıqlama verib.
BAKU.WS xəbər verir ki, bu barədə komandanın mətbuat xidməti məlumat yayıb.
“Bu, əla andır. "Santyaqo Bernabeu"da debüt etdiyim üçün çox xoşbəxtəm. Qələbə ilə başlaya bildik. Tribunada dəstək böyük idi”, - Mbappe bildirib.
Xatırladaq ki, Mbappe ilə "Real Madrid" arasında müqavilənin imzalanması iyunun 3-də rəsmən açıqlanıb. Hücumçu Madrid klubuna azad agent kimi keçib. Bundan əvvəl forvard 2017-ci ildən çıxış etdiyi PSJ-də oynayıb.
İspaniya çempionatının cari mövsümündə Mbappe iki oyun keçirib, o, qol vurmayıb.
“Real Madrid”lə Mbappe artıq UEFA Super Kubokunu qazanıb.
Oxşar xəbərlər
Mbappenin “Real Madrid”dəki maaşı bəlli olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
PSJ Çempionlar Liqasından kənarlaşdırıla bilər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Mbappe futbol klubu satın alıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Mbappe məşhur tennisçiyə öz formasını hədiyyə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
PSJ prezidenti: Mbappe ilə bütün danışıq aramızda qalacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












