Mourinyo onu "Brighton"a göndərmək istəmir, Fərdi Kadıoğlu isə...
sizinxeber.az xəbər saytı

Mourinyo onu "Brighton"a göndərmək istəmir, Fərdi Kadıoğlu isə...




Türkiyə millisi və "Fənərbağça"nın üzvü Fərdi Kadıoğlunun İngiltərə təmsilçisinə keçidi həll olmaq üzrədir. 

Bu barədə "ajansspor" portalı yazıb. 

24 yaşlı futbolçu bir müddətdir danışıqlar apardığı Premyer Liqa klubu "Brighton"la müqavilə müddəti və illik ödənişlə bağlı razılığa gəlib.

Bu arada "Fənər"in baş məşqçisi Joze Mourinyo futbolçunun klubda qalmasını istəyib. Bu məqsədlə klub prezientindən türk futbolçuya yeni təklif gəlsə də Fərdi buna müsbət cavab verməyib.

Fərdi Kadıoğlu karyerasını İngiltərədə davam etdirməkdə qərarlıdır. O, "Fənərbağça"dan "Brighton"un 35 milyon avroluq təklifini qəbul etməsini istəyir.

Sizinxeber.az

Oxşar xəbərlər

"Fənər" əsas futbolçularından birini İngiltərə klubuna satıb
"Fənərbağça"nın yeni transferi Youssef En-Nesyri Super Liqanın tarixinə düşüb
41 yaşlı Pepe karyerası ilə bağlı qərar verib
Səudiyyə Ərəbistanı klubundan "Real Madrid"ə 100 milyon avroluq təklif
Sumqayıtda gənc qızın meyiti AŞKARLANDI

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər