“Beşiktaş”da tarixin ən böyük ayrılıq əməliyyatı - 22 futbolçu göndərildi
sizinxeber.az xəbər saytı

“Beşiktaş”da tarixin ən böyük ayrılıq əməliyyatı - 22 futbolçu göndərildi




Türkiyənin "Beşiktaş" klubu prezidenti Hasan Arat rəhbərliyi ilə tarixinin ən böyük heyət əməliyyatlarından birini həyata keçirir.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, baş məşqçi Covanni van Bronkhorstun fikirləri əsasında həyata keçirilən bu prosesdə klub 22 futbolçu ilə yollarını ayırıb.

2024-cü ilin yay transfer dövründə Ciro İmmobile, Qabriel Paulista, Rafa Silva, Can Keleş, Emirhan Topçu və Cher Ndour kimi önəmli adları heyətinə qatan “Beşiktaş”, komandasında da köklü dəyişikliklər edib.

Komandadan ayrılan futbolçular arasında ən diqqət çəkən adlardan biri də 2018-ci ildə Evertona transferi ilə kluba ən yüksək transfer gəlirini gətirən Cenk Tosun olub.

Müqavilə müddəti başa çatdıqdan sonra "Fənərbağça"ya transfer olunan Cenk "ağ-qaralar"la vidalaşıb.

Digər mühüm gediş Valentin Rozierdən gəlib. 2 il əvvəl 4,8 milyon avroya transfer edilən fransız sağ cinah müdafiəçisi "Leqanes"ə pulsuz verilib.

"Beşiktaş" heyətində yer alan 22 futbolçudan 11-ni (Hadziahmetovic, Tayfur, Emrecan Uzunhan, Aytuğ, Ahmet, Emrecan Bulut, Abdülmecid, Halil, Bilal, Necati, Kerem Atakan) icarəyə göndərilib.  Onlardan 7-nin müqaviləsi ödənişsiz ləğv edilib. (Rosier, Rebic, Hasic, Montero, Umut, Erdoğan, Gudjulfi). Müqavilələri başa çatan Cenk Tosun və Ghezzal ilə yeni anlaşma olmayıb, Gökhan İnler isə futbolu tərk edib.

Rəhbərlik komandanın strukturunu gücləndirmək və çempionluq məqsədinə nail olmaq üçün böyük heyət yeniləmə əməliyyatı həyata keçirib.

BAKU.WS

Oxşar xəbərlər

Almaniya klubu 22 milyon avroya 19 yaşlı futbolçu transfer edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Barselona" Kvaratsxeliyanı fantastik məbləğə transfer etməyi planlaşdırır [xfgiven_updateblue][/xfgiven_updateblue]
İngiltərə klubu Bundesliqa təmsilçisindən futbolçu transfer edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Beşiktaş" legioneri ilə yollarını ayırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Sabah" braziliyalı futbolçu transfer edib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər