sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Danimarkalı tennisçi matç zamanı huşunu itirdi - FOTO
Danimarkalı tennisçi Holger Rune ABŞ-də keçirilən ATP (Peşəkar Tennisçilər Assosiasiyası) turnirində portuqaliyalı Nuno Borqesə qarşı matç zamanı huşunu itirib.
Bu barədə "Punto de Break" portalı məlumat yayıb.
Hadisə ikinci setdə baş verib. İdmançı skamyada huşunu itirərək özündən gedib. Ehtimal olunur ki, idmançının günvurma zamanı halı pisləşib.
Runeyə həkimlər kömək ediblər, bundan sonra o, oyunu davam etdirə bilib. Matç onun 6:3, 7:6 hesablı qələbəsi ilə başa çatıb.
21 yaşlı Rune ATP reytinqində 16-cı yerdə qərarlaşıb. Onun aktivində keçirilən turnirlərdə dörd titul var.
BAKU.WS
QALEREYA
Oxşar xəbərlər
Üzgüçü Paris Olimpiadasında hovuzda huşunu itirdi
Konfrans Liqası: "Zirə" - "Osiyek" oyunu başlayıb
Türkiyənin xanım voleybolçuları Paris olimpiadasında ikinci qələbəsini qazandı
Dörd yaşlı uşaq 16-cı mərtəbədən yıxılaraq yüngül xəsarət aldı
41 yaşlı Pepe karyerası ilə bağlı qərar verib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














