Parisdə keçiriləcək Paralimpiya Oyunlarına 85 rusiyalı idmançı buraxılıb
sizinxeber.az xəbər saytı

Parisdə keçiriləcək Paralimpiya Oyunlarına 85 rusiyalı idmançı buraxılıb




Beynəlxalq Paralimpiya Komitəsi (IPC) 85 rusiyalı idmançının Parisdə keçiriləcək Oyunlarda iştirakına icazə verib. 

Bu barədə TASS məlumat yayıb.

Qeyd olunur ki, yerdə qalan yeddi idmançı hələ də yoxlanış mərhələsindədir.

"Rusiya Paralimpiya Komitəsi Parisdə keçirilən Paralimpiya Oyunlarında iştirak edən demək olar ki, bütün idmançılar üçün akkreditasiya vəsiqələri alıb. Vəsiqələr artıq RKR-nin Moskvadakı ofisindədir. Yeddi idmançının sınaqları davam edir. Biz yekun qərarı gözləyirik”, - bunu Rusiya Paralimpiya Komitəsinin prezidenti Pavel Rojkovdan bildirib.

Ruslar Paralimpiya Oyunlarında fərdi neytral statusda çıxış edəcəklər. Onların Oyunların açılış və bağlanış mərasimlərində iştirakına icazə verilməyəcək, medal qazanacaqları təqdirdə isə ümumi sıralamada yer almayacaqlar.

Paralimpiya oyunları avqustun 28-dən sentyabrın 8-dək Parisdə keçiriləcək.

Sizinxeber.az

Oxşar xəbərlər

Azərbaycan parataekvondoçusu Yay Paralimpiya Oyunlarında iştirak edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Parataekvondoçumuz Yay Paralimpiya Oyunlarına lisenziya qazanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Paris-2024 Yay Paralimpiya Oyunlarında Azərbaycanın bayraqdarları bəlli olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Milli Paralimpiya Komitəsinin İdarə Heyətinin iclası keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanı Paris-2024-də təmsil edəcək daha bir idmançı müəyyənləşib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər