Maurinyo "Fənərbağça"nın ÇL-dan kənarda qalması barədə: Heç vaxt qazana bilməzdik
sizinxeber.az xəbər saytı

Maurinyo "Fənərbağça"nın ÇL-dan kənarda qalması barədə: Heç vaxt qazana bilməzdik




"Fənərbağça"nın baş məşqçisi Joze Maurinyo UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin "Lill"lə cavab oyunundan sonra komandasının bu turnirdən kənarda qalmasının müsbət tərəfini açıqlayıb.

Sizinxeber.az xəbər verir ki, o, Avropa Liqasında şanslarının daha yüksək olduğunu dilə gətirib.

“Dünyanın ən böyük komandalarına qarşı oynamaq şansımızı itirdik, lakin bu da bir həqiqətdir ki, Çempionlar Liqasını heç vaxt qazana bilməzdik. Düzünü desəm, Çempionlar Liqasında olmağa üstünlük verərdim, amma indi bizim Avropa Liqasında şansımız var. Rəqabət baxımından bu, bizim üçün daha cəlbedicidir”, - portuqaliyalı bildirib.

Xatırladaq ki, İstanbulda, Şükrü Saracoğlu stadionunda 40 747 tamaşaçının iştirakı ilə keçirilən oyun heç-heçə ilə yekunlaşıb - 1:1.

İlk oyun 1:0 hesabı ilə "Lill"in xeyrinə başa çatıb - bu nəticə sayəsində Fransa klubu turnirin növbəti mərhələsinə yüksəlib.

Sizinxeber.az

Oxşar xəbərlər

"Fənərbağça" UEFA Çempionlar Liqasında mübarizəni dayandırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Çempionlar Liqası: "Qarabağ" səfərdə Bolqarıstan klubu ilə qarşılaşacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ramos Çempionlar Liqasında iki rekorda imza atıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Fənərbaxça" Çempionlar Liqası ilə vidalaşıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Çempionlar Liqası: "Qarabağ" - "Linkoln" cütünün qalibinin potensial rəqibi bu gün müəyyənləşəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər