Gender qalmaqalında adı hallanan idmançı Olimpiya çempionu oldu
Daha əvvəl gender qalmaqalında adı hallanan əlcəzairli boksçu İmane Xelif Parisdə keçirilən Olimpiadada qızıl medal qazanıb.
BAKU.WS “İndependent” qəzetinə istinadən xəbər verir ki, Xelif çinli Yang Liu məğlub edərək Parisdə qadınlar arasında ağır çəki dərəcəsində turnirin qalibi olub və olimpiadada boks üzrə qızıl medal qazanan ilk Əlcəzairli qadın olub.
Bundan əvvəl 25 yaşlı boksçu gender uyğunluğu testindən keçə bilmədiyinə görə qadınlar arasında dünya çempionatından diskvalifikasiya edilmişdi.
Olimpiya çempionu olduqdan sonra Xelif iddialarla bağlı bunları deyib:
“Uyğun olub-olmamağıma, qadın olub-olmamağıma gəlincə: Mən mətbuatda çox açıqlamalar vermişəm, mən tam hüquqluyam, qadınam, qadın doğulmuşam, qadın kimi yaşamışam. Buna heç bir şübhəm yoxdur”.
O, iddiaların “ona uğuruna xüsusi ləzzət verdiyini” qeyd edib.
Oxşar xəbərlər
Transgender olduğu deyilən boksçu Olimpiyadada finala yüksəlib
Ümumdünya Boks Təşkilatı: 2022-ci ildə gender testi boksçu Xelifin kişi olduğunu göstərib
Beynəlxalq Boks Assosiasiyası Olimpiyadada transgenderlərin iştirakı bağlı açıqlama yayıb
Olimpiadada qadın boksunda qalmaqal: "Dəhşətli ağrı çəkirəm!" - VİDEO
Meloni Paris 2024-də baş vermiş gender qalmaqalına münasibət bildirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













