Paris-2024: Həsrət Cəfərov yarımfinalda azərbaycanlı güləşçi ilə qarşılaşacaq - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Paris-2024: Həsrət Cəfərov yarımfinalda azərbaycanlı güləşçi ilə qarşılaşacaq - YENİLƏNİB




Paris Yay Olimpiya oyunlarınının yunan-Roma güləşi üzrə yarımfinalda təmsilçimiz Həsrət Cəfərovun rəqibi bəlli olub.

BAKU.WS apa-ya istinadən xəbər verir ki, idmançımız Həsrət Cəfərov yarımfinalda azərbaycanlı güləşçi ilə üz-üzə gələcək.

H. Cəfərov Azərbaycan əsilli Ukrayna yunan-Roma güləşçisi, Tokio Olimpiya Oyunlarının gümüş mükafatçısı Pərviz Nəsibovla qarşılaşacaq.

***15:11

Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.

BAKU.WS report-a istinadən xəbər verir ki, 67 kq çəki dərəcəsində yarışan idmançı 1/4 final mərhələsində moldovalı Valentin Petiçlə üz-üzə gəlib.

Görüş idmançımızın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

***13:45

Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, 67 kq çəki dərəcəsində yarışan idmançı 1/8 final mərhələsində Misirdən olan rəqibi Mohamed Elsayedlə qarşılaşıb.

Görüş idmançımızın 8:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

BAKU.WS

Oxşar xəbərlər

Paris-2024: Azərbaycanın yunan-Roma güləşçisi 1/4 finala yüksəlib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Paris-2024: Azərbaycanın yunan-Roma güləşçisi məğlub olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Paris-2024: Azərbaycan güləşçisi olimpiadaya qələbə ilə başlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Paris-2024: Güləşçimiz Həsrət Cəfərov 1/4 finala yüksəlib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Paris-2024: Azərbaycanın yunan-Roma güləşçisi yarımfinala yüksəlib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər