Mariya Stadnik ilk görüşünə çıxacaq
sizinxeber.az xəbər saytı

Mariya Stadnik ilk görüşünə çıxacaq




Bu gün Azərbaycanın üç güləşçisi və çəkicatmadakı təmsilçisi Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında çıxış edəcək.

Qadın güləşçilərin mübarizəsində Azərbaycanın yeganə təmsilçisi olan Mariya Stadnik ilk görüşünə çıxacaq.

O, 1/8 finalda almaniyalı Anastasiya Blayvasla üz-üzə gələcək. Bu, Stadnikin karyerasında 5-ci olimpiadadır.

Yunan-Roma güləşçilərinin yarışında isə Sənan Süleymanov Bolqarıstanı təmsil edən Ayk Mnatsakanyanla qarşılaşacaq. 77 kq çəki dərəcəsində qüvvəsini sınayan Süleymanov da yarışa 1/8 finaldan qoşulacaq.

Hər iki görüş Bakı vaxtı ilə saat 13:00 radələrində keçiriləcək.

Daha bir yunan-Roma güləşçimiz Sabah Şəriəti isə bürünc medal uğrunda görüşdə mübarizə aparacaq. 130 kq çəki dərəcəsində yer alan Şəriəti Amin Mirzəzadə (İran) – Seunqçan Li (Koreya) görüşünün qalibi ilə qarşılaşacaq.

Üçüncü yer uğrunda görüşlər saat 20:15-də start götürəcək.

Azərbaycan çəkicatanı Anna Skidan isə finalda rəqiblərini üstələməyə çalışacaq. Təsnifat mərhələsində 32 atlet arasında 6-cı yeri tutaraq finala vəsiqə əldə edən atletimiz medal uğrunda yarışacaq. Həlledici mərhələdə 12 idmançı çıxış edəcək.

Mübarizəyə Bakı vaxtı ilə təxminən saat 21:57 radələrində start veriləcək.

BAKU.WS

Oxşar xəbərlər

Paris-2024: Bu gün Azərbaycanın iki idmançısı medal uğrunda yarışacaq, ikisi isə mübarizəyə start verəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Paris-2024: Azərbaycan güləşçisi bürünc medal uğrunda görüşə çıxacaq - YENİLƏNİB 2 [xfgiven_updateblue][/xfgiven_updateblue]
Paris-2024: Azərbaycanın yunan-Roma güləşçisi məğlub olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Paris-2024: Yunan-Roma güləşçilərimiz mübarizəyə başlayacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Mariya Stadnik Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər