"Neftçi"dən "Qarabağ" oyunu ilə bağlı: Qarşısı alınacaq!
sizinxeber.az xəbər saytı

"Neftçi"dən "Qarabağ" oyunu ilə bağlı: Qarşısı alınacaq!


"Neftçi" Azərbaycan Premyer Liqasının XXIX turunda baş tutacaq "Qarabağ"la oyundan öncə azarkeşlərə müraciət edib.

Sizinxeber.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, oyuna böyük marağı nəzərə alaraq, hər iki klub azarkeşlərinin təhlükəsizliyinin yüksək şəkildə təmin olunması və matç zamanı azarkeşlər arasında yarana biləcək mümkün arzuolunmaz halların qarşısını almaq məqsədilə müvafiq preventiv tədbirlərin görülməsi planlaşdırılır:

"Palms Sports Arena"da keçiriləcək görüşdə Ağdam təmsilçisinin azarkeşləri üçün "Qərb 2" sektoru ayrılacaq. Onlar biletlərini oyun günü - aprelin 26-sı saat 12:00-dan etibarən stadionun "Qarabağ" azarkeşləri üçün xüsusi ayrılmış kassasından əldə edə bilərlər.

Təhlükəsizlik məqsədi ilə arenanın "Neftçi" azarkeşləri üçün nəzərdə tutulan sektorlarına "Qarabağ" klubunun formasını, şərfini və ya digər rəmzlərini daşıyan azarkeşlərin buraxılmasının qarşısı alınacaq.

"Neftçi" PFK olaraq azarkeşlərin təhlükəsizliyi və oyunun insidentsiz keçməsi üçün nəzərdə tutulan bu tədbirlərin anlayışla qarşılanacağına inanırıq".

Qeyd edək ki, "Neftçi" Misli Premyer Liqasının 29-cu turunda 26 aprel, saat 19:00-da öz meydanında "Qarabağ" klubunu qəbul edəcək.

Oxşar xəbərlər

Azərbaycanda üç klub 16 min manat cərimələndi
Azərbaycan Premyer Liqası: "Neftçi" - "Qarabağ" oyununun yeri dəyişdirilib
"Qarabağ"ın oyunçusu zədəyə görə Avropa Liqasında "Malmö" ilə oyuna çıxmayacaq
İngiltərə Premyer Liqasının XV turunda 4 matç baş tutub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər