Paris-2024: Azərbaycan cüdoçusu bürünc üçün döyüşəcək - YENİLƏNİB-1
Uşangi Kokauri 1/4 finalda Cənubi Koreya təmsilçisi Kim Mindjouya uduzub. Kokauri bürünc medal qazanzmaq üçün təsəlliverici döyüşlərə çıxacaq.
***13:22
Azərbaycan cüdoçusu Uşangi Kokauri Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.
Təmsilçimiz Martti Pumalainen (Finlandiya) ilə üz-üzə gəlib. Rəqibini məğlub edən Kokauri 1/4 finala vəsiqə qazanıb.
***12.18
Azərbaycan cüdoçusu Uşanqi Kokauri Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
Sizinxeber.az xəbər verir ki, 100 kq-dan yuxarı çəki dərəcəsində yer alan idmançı 1/16 final mərhələsində Rafael Silva (Braziliya) ilə üz-üzə gəlib.
Rəqibinə ipponla qalib gələn Kokauri 1/8 finala vəsiqə qazanıb. O, bu mərhələdə finlandiyalı Martti Puumalaynenlə döyüşəcək.
Qeyd edək ki, daha əvvəl cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar. Paris-2024 avqustun 11-də başa çatacaq.
Oxşar xəbərlər
Paris-2024: Azərbaycan cüdoçusu 1/4 finala çıxdı - YENİLƏNİB
Paris-2024: Bu gün Azərbaycanın üç idmançısı və basketbol millisi çıxış edəcək
Paris-2024: Azərbaycan cüdoçusu qələbə qazanıb
Paris-2024: Azərbaycanın daha bir cüdoçusu olimpiya çempionu olub - YENİLƏNİB - 3
Paris-2024: Hidayət Heydərov qələbə qazanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Atletiko" "Barselona"nı darmadağın etdi
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 14 il ötür
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
Prezident: "Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir"












