Paris-2024: Azərbaycan cüdoçusu 1/4 finala çıxdı - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Paris-2024: Azərbaycan cüdoçusu 1/4 finala çıxdı - YENİLƏNİB




Azərbaycan cüdoçusu Uşangi Kokauri Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.

Təmsilçimiz Martti Pumalainen (Finlandiya) ilə üz-üzə gəlib. Rəqibini məğlub edən Kokauri 1/4 finala vəsiqə qazanıb.

***12.18

Azərbaycan cüdoçusu Uşanqi Kokauri Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

BAKU.WS xəbər verir ki, 100 kq-dan yuxarı çəki dərəcəsində yer alan idmançı 1/16 final mərhələsində Rafael Silva (Braziliya) ilə üz-üzə gəlib.

Rəqibinə ipponla qalib gələn Kokauri 1/8 finala vəsiqə qazanıb. O, bu mərhələdə finlandiyalı Martti Puumalaynenlə döyüşəcək. 

Qeyd edək ki, daha əvvəl cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar. Paris-2024 avqustun 11-də başa çatacaq.

BAKU.WS

Oxşar xəbərlər

Paris-2024: Azərbaycanın daha bir cüdoçusu olimpiya çempionu olub - YENİLƏNİB - 3
Paris-2024: Azərbaycan cüdoçusu finala yüksəlib - YENİLƏNİB - 2
Paris-2024: Azərbaycan cüdoçusu qələbə qazanıb
Paris-2024: Hidayət Heydərov qələbə qazanıb
Paris-2024: Azərbaycan cüdoçusu finala vəsiqə qazanıb - YENİLƏNİB-1

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər