“Qalatasaray” əlini üzdü - “Fənər” transfer edir - FOTO » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
01 
avq
2024
11:40

“Qalatasaray” əlini üzdü - “Fənər” transfer edir - FOTO

01 avq, 2024
11:40
544

“Qalatasaray” əlini üzdü - “Fənər” transfer edir - FOTO



Fredin zədəsi və Kruniçin yoldaşlıq görüşlərindəki zəif çıxışından sonra yarımmüdafiəçi axtarışlarını sürətləndirən "Fənərbağça" axtardığı ulduzu İtaliyada tapıb.

Sizinxeber.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, klub "Fiorentina"nın 27 yaşlı mərakeşli ulduzu Sofyan Amrabatın transferi üçün ən ciddi addımlar atıb.

Məlumata görə, “Mançester Yunayted”də icarə müqaviləsi başa çatan və klubu “Fiorentina”ya qayıdan Sofyan Ambaratın yeni mövsümdə İtaliya komandasında davam etdirməsinin çətin görünür.

İddia edilir ki, mərakeşli ulduzla əvvəllər "Olimpiakos" və "Qalatasaray"ın da maraqlanıb, lakin "Fiorentina"nın 15 milyon avro gözləməsindən sonra hər iki komanda transferdə geri addım atıb.

Amrabat transferini tamamlamağa ən yaxın komandanın “Fənərbağça”dır. “Kanarya”nın Amrabat üçün 10 milyon avrodan çox təklif etdiyi bildirilib.

Qeyd edək ki, ötən mövsüm icarə əsasında çıxış etdiyi "Mançester Yunayted"də 30 matça çıxan mərakeşli ulduz "Fiorentina" ilə müqaviləsinin son ilinə qədəm qoyub. Amrabatın hazırkı bazar dəyəri 22 milyon avro olaraq göstərilir.

Sizinxeber.az
QALEREYA

Bizimlə əlaqə saxlayın