sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Hidayət Heydərov: Fransada hər kəs Azərbaycan himnini ayaq üstə dinləyəcək
Fransada hər kəs Azərbaycan himnini ayaq üstə dinləyəcək.
Bunu Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarının qızıl medalını qazanan cüdoçu Hidayət Heydərov deyib.Azərbaycan yığmasının lideri bu qələbə sayəsində medal kolleksiyasını tamamladığını bildirib:
“Medal kolleksiyamı tamamladım. 4 il idi ki, bu yarışa hazırlaşırdım. Bundan sonra 2028-ci ildə Los-Ancelesdə keçiriləcək olimpiadaya hazırlaşacağam. Səhifələrdə mənimlə bağlı yazılan rəyləri oxuyuram.
Məni dəstəkləyən hər kəsə öz təşəkkürümü bildirirəm. Biz qalib xalqın övladlarıyıq. Fransada hər kəs Azərbaycan himnini ayaq üstə dinləyəcək”.
Sizinxeber.az
Oxşar xəbərlər
Hidayət Heydərov olimpiadada qızıl medal qazandı - YENİLƏNİB+VİDEO
Hidayət Heydərov Olimpiadaya uğurla start verdi - YENİLƏNİB
Hidayət Heydərov yarımfinalda - YENİLƏNİB-1
Hidayət Heydərov Olimpiadada mübarizəyə başlayır - YENİLƏNİR
Hidayətin valideynləri övladlarının finala çıxmasından danışdılar - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













