"Eurosport" şərhçisini seksist ifadələrə görə Olimpiadadan uzaqlaşdırıb
sizinxeber.az xəbər saytı

"Eurosport" şərhçisini seksist ifadələrə görə Olimpiadadan uzaqlaşdırıb




Olimpiya yayımçısı "Eurosport" şərhçisi Bob Ballardı Parisdə (Fransa) Olimpiya Oyunlarında işləməkdən uzaqlaşdırıb.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb onun, avstraliyalı üzgüçülər haqqında nalayiq fikirlər səsləndirməsi olub.

Hadisə iyulun 27-si, şənbə günü Avstraliya qadın komandasının 4x100 m estafet yarışında Olimpiya çempionu olmasından sonra baş verib. Sosial mediada yayılan bir videoda Ballard belə deyib:

“Qadınlar yenicə bitirdilər. Qadınların necə olduğunu bilirsiniz... Oralarda işsiz-gücsüz gəzirlər, makiyaj edirlər”.

"Eurosport" Ballardın açıqlamasını seksist kimi qiymətləndirib və şərhçini Olimpiadada işləməkdən dərhal uzaqlaşdırıb.

Qeyd edək ki, 2024-cü il Olimpiya Oyunları avqustun 11-dək davam edəcək. 

BAKU.WS

Oxşar xəbərlər

4 rusiyalı jurnalistin Yay Olimpiya Oyunlarına akkreditasiyası ləğv edildi
Parisdə "Azərbaycan Olimpiya Evi" nin açılışı olub - FOTO
Parisdə yerləşən Olimpiya şəhərciyində kondisioner quraşdırılacaq
Fransada denq virusu tüğyan edir
Olimpiada öncəsi böyük qalmaqal

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər