Olimpiada öncəsi böyük qalmaqal
Fransada Olimpiadaya bir neçə gün qalmış qalmaqallı hadisə baş verib.
Sizinxeber.az xəbər verir ki, Parisdə Olimpiadanın açılış mərasiminə günlər qalmış bir qrup dəstə kababçıya gələn qadını zorlaması beynəlxalq ictimaiyyətdə narahatlıq yaradıb. Avstraliyalı qadın turist kababxanada hücuma məruz qalıb. Əlində alt paltarı ilə şok vəziyyətində xəstəxanaya müraciət edən qadının mobil telefonunun da oğurlandığı bildirilib.
Belə ki, 25 yaşlı avstraliyalı qadın turist şənbə günü səhər saat 05:00 radələrində dünyaca məşhur Moulin Rouge kabaresinin yaxınlığındakı kabab dükanında Afrika əsilli olduğu güman edilən 5 kişinin hücumuna məruz qaldığını bildirib. Hadisədən sonra şokda olan qadın Biçat xəstəxanasına aparılıb.
Hadisə ilə bağlı təhlükəsizlik kamerası görüntüləri araşdırılır və şübhəlilərin ən qısa zamanda müəyyən edilməsi üçün işlər davam etdirilir.
Bu hadisə qarşıdan gələn Olimpiya Oyunlarının təhlükəsizliyi ilə bağlı narahatlığı artırsa da, Fransa rəsmiləri bütün lazımi tədbirlərin görüldüyünü və ziyarətçilərin təhlükəsizliyinin ən yüksək səviyyədə təmin ediləcəyini vurğulayır. Beynəlxalq əməkdaşlıq çərçivəsində Britaniya polisinin 1700 zabiti və xüsusi təlim keçmiş itləri də Parisdə çalışacaq.
Qeyd edək ki, olimpiada üçün şəhərə minlərlə turist gəlib.
Oxşar xəbərlər
Canlı yayımda polisə etiraz edib, başını qırxan qadın kimdir? [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Qadının işi yemək bişirməkdir" - Video [xfgiven_updateblue][/xfgiven_updateblue]
Fransada yanğınsöndürənlərin həmkarlar ittifaqı Olimpiadanın açılış günündə tətil edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Lənkəranda yaşayış binasında yanğın olub, 90 yaşlı qadın yanaraq ölüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ağstafada 33 yaşlı qadın dəm qazından zəhərlənib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi











