Andrey Lunev Moskvada evlərin kirayə qiymətindən şikayət etdi
"Qarabağ"ın sabiq qapıçısı Andrey Lunev Moskvadakı qiymətlərlə bağlı fikirlərini bölüşüb.
BAKU.WS "Sport24"ə istinadən xəbər verir ki, o, kirayə evlərin bahalaşdığını vurğulayıb.
“Moskvada qiymətlərin dəyişdiyini müşahidə etdim. İndi bir mənzil kirayələmək üçün dəli miqdarda pul ödəməlisən. Bütün daşınmaz əmlakların qiymətləri artıb. Məhsullara gəlincə, bilmirəm. Mən bazada yaşayıram və hələ mağazaya getməmişəm”, - deyə, Lunev qeyd edib.
Xatırladaq ki, 32 yaşlı qolkiper ötən mövsüm "Qarabağ"ın şərəfini qoruyub. Bu yay rusiyalı futbolçu Moskvanın "Dinamo"suna keçib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 1 milyon avrodur.
Oxşar xəbərlər
"Qalatasaray"dan 22 milyon avroluq transfer bombası - FOTO
Messinin gəlişindən sonra "İnter Mayami"nin qiyməti 74 % artıb
Paytaxt sakinlərindən kirayə mənzillərin qiymətinə MÜNASİBƏT - VİDEO
"Barselona" Olmoya görə "Leypsiq"ə 60 milyon təklif edib
Ali Koç "Zenit" prezidentinə məktub yazaraq Veldeli "Qalatasaray"a satmamağa çağırıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













