UEFA Millətlər Liqası: İkinci yarımfinalda 9 qol vurulub
sizinxeber.az xəbər saytı

UEFA Millətlər Liqası: İkinci yarımfinalda 9 qol vurulub


UEFA Millətlər Liqasında ikinci finalçı məlum olub.

"Report" xəbər verir ki, yarımfinalın ikinci oyununda İspaniya millisi komandası Fransa yığması ilə qarşılaşıb.

Ştutqartda baş tutmuş matçda "qırmızı furiya" fransızları məğlub edərək finala adlarını yazıblar – 5:4. Oyunda fərqlənənlər Uilyams (1:0), Merinos (2:0), Yamal (3:0), Pedri (4:0) Mbappe (4:1), Yamal (5:1) Şerki (5:2), Vivian (5:3) və Kolo-Muani (5:4) olub.

Qeyd edək ki, birinci yarımfinalda Portuqaliya Almaniyanı 1:2 hesabı ilə məğlub etmişdi. Beləliklə, həlledici qarşılaşmada azarkeşləri Ronaldu – Yamal dueli də gözləyir.

Bürünc medal uğrunda matç və final bu ayın 8-də keçiriləcək.

Oxşar xəbərlər

İspaniya finalda Portuqaliyanın rəqibi olub
Millətlər Liqası: Portuqaliya Almaniyanı məğlub edərək finala çıxıb
Azərbaycan Basketbol Liqasında ikinci finalçı bəlli olub
Lamin Yamal daha bir rekorda imza atıb
Millətlər Liqası: Almaniyanı məğlub edən Portuqaliya millisi finalda

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər