Elxan Səmədov: "Final oyununa var qüvvəmizlə hazırlaşırıq"
sizinxeber.az xəbər saytı

Elxan Səmədov: "Final oyununa var qüvvəmizlə hazırlaşırıq"


Futzal üzrə PFL komandasının baş məşqçisi Elxan Səmədov "Araz-Naxçıvan"a qarşı keçirəcəkləri Azərbaycan Kubokunun final oyunu ilə bağlı fikirlərini bölüşüb.

O, bu barədə "Sizinxeber.az"a açıqlama verib.

E.Səmədov artıq ikinci ildir I Liqada çıxış etdiklərini xatırladıb:

"Həmişə ilk "üçlük"də yer almışıq. Azərbaycanda futzala həmişə maraq olub. Təbii ki, ilk növbədə bu işi uğurla icra edən federasiya prezidenti Zaur Axundova minnətdarlığımı bildirmək istəyirəm. Finalda oynamaq, “Araz Naxçıvan”la qarşılaşmaq bizim üçün fəxrdir. Var qüvvəmizlə hazırlaşırıq. İstənilən halda sevincli olacağıq. Həyatda şans hər zaman olur. Ümid edirəm ki, möcüzə kimi görünsə də, o şans sabah bizim tərəfimizdə olacaq”.

Qeyd edək ki, "Araz-Naxçıvan" və PFL komandaları arasında iyunun 5-də "Olimpik Star"da keçiriləcək Azərbaycan Kubokunun final oyunu saat 14:00-da start götürəcək.

Oxşar xəbərlər

Futzal üzrə Azərbaycan Kubokunun final oyununa təyinatlar açıqlanıb
Futzal üzrə Azərbaycan Kubokunun yarımfinalçıları müəyyənləşib
Futzal üzrə Azərbaycan kubokunun bütün 1/4 finalçıları məlum olub
"Araz-Naxçıvan"ın baş məşqçisi: "Növbəti mərhələyə yüksəlmək üçün ikinci oyunda maksimumu etməliyik"
"Araz-Naxçıvan"ın dörd futbolçusu "Sumqayıt"la oyunu buraxacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər