Vəli Qafarov: "Azərbaycanın minifutbol yığması Avropada brend komanda kimi tanınır"
“Azərbaycanın minifutbol yığması Avropada brend komanda kimi tanınır”.
Bunu “Sizinxeber.az”a açıqlamasında minifutbol üzrə Azərbaycan yığmasının qapıçısı Vəli Qafarov deyib.
Təcrübəli qapıçı millinin Bakıda keçirilən dünya çempionatında qalib olmasına münasibət bildirib:
“Mundialı çempion olaraq başa vurmaq gözəl təəssüratdır. Futbolçularımızı, Azərbaycan xalqını, rəhbərliyi və bizə dəstək olan hər kəsi təbrik edirəm. Həqiqətən möhtəşəm təşkilatçılıq və sonda da əla nəticə. Qalibiyyət və sevinc Azərbaycan xalqına çox yaraşır. İnanırıq ki, zirvədəki yerimizi illərlə qoruyub saxlaya biləcəyik. Azərbaycan minifutbol yığması Rumıniya, Çexiya və Serbiya komandaları kimi brenddir. Artıq hər kəs gücümüzü bilir. İnanıram ki, indiki və bizdən sonra gələcək nəsillər bu dəyərin qiymətini layiqincə biləcəklər”.
Qeyd edək ki, Azərbaycan yığması finalda Macarıstana 4:2 hesabı ilə qalib gələrək mundialın qalibi olub.
Oxşar xəbərlər
Dünya Minifutbol Federasiyasının prezidenti: "Azərbaycan millisi yarandığı 8 il ərzində inanılmaz işlər görüb"
Azərbaycan minifutbol millisinin baş məşqçisi: "Möhtəşəm qələbə qazandıq"
Azərbaycanın minifutbol yığması Avropa reytinqində ikinci pillədə qərarlaşıb
Azərbaycanın minifutbol yığması beynəlxalq turnirdə finala yüksəlib
Minifutbol üzrə dünya çempionatı: Azərbaycan yığması növbəti mərhələyə vəsiqə qazanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Dünya Bankı Ukraynaya 3,4 milyard dollar ayıracaq
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
DÇ-2026: Kurasao - Fildişi Sahili oyununda ilk qol vurulub - YENİLƏNİR
