UEFA Konfrans Liqası: Azərbaycan klubları ilk matçlarına çıxır
Bu gün “Sumqayıt”, “Zirə” və “Sabah” klubları UEFA Konfrans Liqasının II təsnifat mərhələsində ilk matçlarına çıxacaq.
“Sizinxeber.az” xəbər verir ki, Sumqayıtın eyniadlı təmsilçisi doğma meydanda “Fehervar”ı (Macarıstan) qəbul edəcək.
“Zirə” “Dalğa Arena”da Slovakiyanın “DAK 1904” klubu ilə qarşılaşacaq.
“Sabah” komandası isə səfərdə İsrail təmsilçisi “Makkabi”nin (Hayfa) qonağı olacaq. Bu görüş Macarıstanın “Varkert” stadionunda baş tutacaq.
“Sumqayıt”ın Macarıstan klubu ilə oyunu Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. “Zirə” - “DAK 1904” qarşılaşması saat 20:30-da start götürəcək. “Makkabi” (Hayfa, İsrail) - “Sabah” görüşünə isə saat 21:15-də start veriləcək.
UEFA konfrans Liqası
II təsnifat mərhələsi
25 iyul
20:00. “Sumqayıt” - “Fehervar” (Macarıstan)
Baş hakim: Florian Lata (Albaniya).
Sumqayıt, Mehdi Hüseynzadə adına şəhər stadionu.
20:30. “Zirə” - “DAK 1904” (Slovakiya)
Baş hakim: İvo Torres (Lüksemburq).
Mərdəkan, “Dalğa Arena”.
21:15. “Makkabi” (Hayfa, İsrail) - “Sabah”
Baş hakim: Natan Verboomen (Belçika).
Macarıstan, “Varkert” stadionu.
Oxşar xəbərlər
Azərbaycan komandalarının UEFA Konfrans Liqasında potensial rəqibləri bəlli olacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Zirə"nin Konfrans Liqasındakı rəqibi "Dalğa Arena"da məşqə çıxmaqdan imtina edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
UEFA Konfrans Liqası: "Zirə"nin III təsnifat mərhələsindəki potensial rəqibi bəlli olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
"DAK 1904" klubunun baş məşqçisi: "Zirə"nin səviyyəli rəqib olduğunu bilirik [xfgiven_updateblue][/xfgiven_updateblue]
Samir Abasov: "Sabah bizi ağır oyun gözləyir" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












