Tailand millisi Bakıdakı dünya çempionatında növbəti mərhələyə vəsiqə qazanıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
26 
may
2025
14:00

Tailand millisi Bakıdakı dünya çempionatında növbəti mərhələyə vəsiqə qazanıb

26 may, 2025
14:00
390

Tailand millisi Bakıdakı dünya çempionatında növbəti mərhələyə vəsiqə qazanıb

Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında daha bir oyun keçirilib.

"Sizinxeber.az"un məlumatına görə, günün ilk matçında E qrupunda Kosta Rika - Tailand matçı baş tutub.

Milli Gimnastika Arenasında gerçəkləşən qarşılaşma Asiya təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 4:1.

Xallarının sayını 7-yə çatdıran Tailand növbəti mərhələyə vəsiqə qazanıb. Qrupda bütün oyunlarda uduzan Mərkəzi amerikalılar turnirlə vidalaşıblar.

E qrupunun İndoneziya - Monteneqro görüşü bu gün, saat 20:00-da başlayacaq.

Qeyd edək ki, dünya çempionatı iyunun 1-də başa çatacaq.

Bizimlə əlaqə saxlayın