20
may
2025
21:00
yuxarı
Malili futbolçu Liverpul klubundan ayrılacağını açıqlayıb
Malili futbolçu Liverpul klubundan ayrılacağını açıqlayıb
İngiltərə Premyer Liqası təmsilçisi "Everton"un yarımmüdafiəçisi Abdulaye Dukure yayda komandanı tərk edəcək.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə 32 yaşlı futbolçu sosial şəbəkə hesabında bildirib.
Malili oyunçunun Liverpul kollektivi ilə müqavilə müddəti iyunun 30-da başa çatır. Tərəflər arasında yeni sözləşmə imzalanmayacaq.
Qeyd edək ki, 2020-ci ildən "Everton"da çıxış edən Dukure bu klubun heyətində ümumilikdə 165 oyuna çıxıb və 21 qol vurub.