Darvin Nunyes yayda "Liverpul"u tərk edəcək » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
22 
apr
2025
16:00
0
0
1 769
ff

Darvin Nunyes yayda "Liverpul"u tərk edəcək

22 apr, 2025
16:00
1 769

Darvin Nunyes yayda "Liverpul"u tərk edəcək

İngiltərə "Liverpul"unun futbolçusu Darvin Nunyes yayda klubu tərk edəcək.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano məlumat yayıb.

Uruqvaylı hücumçu mövsümün sonunda klubundan ayrılmaq qərarına gəlib. Bu məsələdə “Liverpul”la futbolçu arasında razılıq əldə olunub.

Qeyd edək ki, D.Nunyes Mersisayd klubuna 2022-ci ildə “Benfika”dan (Portuqaliya) bonuslar da daxil olmaqla 100 milyon avro qarşılığında transfer olunub. O, cari mövsümdə meydana çıxdığı 25 oyunda 5 qol vurub.

Bizimlə əlaqə saxlayın

×
×