“Tottenhem”in futbolçusu vətənində şantaj olunub
İngiltərənin “Tottenhem” klubunun və Cənubi Koreya millisinin lideri Son Hın Min vətənində şantaj olunub.
"Report" "The Korea Times"a istinadən xəbər verir ki, o, 20 yaşlı qadını və onun 40 yaşlı şərikini şantaj cəhdində ittiham edərək, Seul polisinə rəsmi şikayət ünvanlayıb.
Vəkillərin açıqlamasına görə, 2024-cü ilin yayında qadın 32 yaşlı futbolçudan hamilə qaldığını bildirib və susmaq qarşılığında külli miqdarda pul tələb edib. İddiaların ümumi məbləği on milyonlarla Cənubi Koreya vonu (on minlərlə dollar ekvivalenti) təşkil edib. Lakin sonradan hamiləlik barədə məlumat təsdiqini tapmayıb və bunun planlı şəkildə şantaj olduğu üzə çıxıb.
Seul polisi qısa müddətdə hər iki şübhəlini saxlayıb.
Qeyd edək ki, 2015-ci ildən "Tottenhem"də çıxış edən Son Hın Min bu mövsüm meydana çıxdığı 44 oyunda 11 qol müəllifi olub.
Oxşar xəbərlər
Bakıda qadını şantaj edən şəxs tutulub
"Çelsi" və "Tottenhem"in sabiq futbolçusu Koreya klubunun baş məşqçisi olub
"Lester" "Tottenhem" klubunun futbolçusunu transfer edib
Sumqayıtda qadını fotoları ilə şantaj edən şəxs tutulub
Qadını şantaj edən şəxs tutulub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sosial yardım bu şərtlərlə və həmin ailələrə veriləcək — AÇIQLAMA
-
Kredit götürənin sosial yardımı kəsiləcək? - VACİB AÇIQLAMA
-
Hər uşağa görə ayrıca pul veriləcək? – AÇIQLAMA
-
İranda hərbi əməliyyatlar yenidən başlayır? - Netanyahu və Tramp nələri müzakirə etdilər?
-
Azərbaycandan səsləri o açıqlayacaq
-
İrandan Hörmüzdə yeni mexanizm: Yalnız bu ölkələr...
