"Real"ın yarımmüdafiəçisi yeni mövsümün bir neçə matçını buraxa bilər
sizinxeber.az xəbər saytı

"Real"ın yarımmüdafiəçisi yeni mövsümün bir neçə matçını buraxa bilər


İspaniyanın "Real" klubunun yarımmüdafiəçisi Cud Bellinqem yeni mövsümün bir neçə matçını buraxa bilər.

"Report" "Marca"ya istinadən xəbər verir ki, futbolçu çiynindən əməliyyat olunacaq.

Əməliyyat klublararası dünya çempionatının startından əvvəl baş tutacağı təqdirdə 21 yaşlı ingiltərəli oyunçu 2025/2026 mövsümünün başlanğıcına qədər sağalma ehtimalı olacaq. Əks halda, o, sentyabrdan tez meydana çıxa bilməyəcək.

Qeyd edək ki, yarımmüdafiəçi 2023-cü ilin noyabrında "Rayo Valyekano" ilə matçda çiynindən zədələndikdən sonra problemlə üzləşib. Madrid klubu hazırda La Liqanın turnir cədvəlində 34 turdan sonra 75 xalla ikinci pillədə qərarlaşıb.

Oxşar xəbərlər

"Real" klubu itki ilə üzləşib
"Real" klubu yarımmüdafiəçisini icarəyə verib
"Mançester Siti"nin yarımmüdafiəçisi növbəti üç oyunu buraxa bilər
“Barselona”nın futbolçusu ağır zədə alıb
Xames Rodriqesin yeni klubu müəyyənləşib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle