sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Kazemiro karyerasını "Mançester Yunayted"də bitirmək niyyətindədir
Kazemiro karyerasını İngiltərənin "Mançester Yunayted" klubunda bitirmək niyyətindədir.
"Sizinxeber.az" "The Sun"a istinadən xəbər verir ki, braziliyalı futbolçu MLS, həmçinin Səudiyyə Ərəbistanı klublarından gələn yaxşı təkliflərə baxmayaraq, "qırmızı şeytanlar"dan ayrılmaq istəmir.
Kazemironun qərarında komandanın baş məşqçisi Ruben Amorimin böyük təsiri olduğu qeyd edilib. Portuqaliyalı mütəxəssis braziliyalını komandanın əsas oyunçularından hesab edir.
Qeyd edək ki, Kazemiro 2022-ci ilin avqustundan "Mançester Yunayted"in formasını geyinir. Tərəflər arasında müqavilənin müddəti 2026-cı ilin yayında başa çatacaq.
Onun bazar dəyəri 12 milyon avro qiymətləndirilir.
Oxşar xəbərlər
Kazemiro karyerasını Braziliyada davam etdirə bilər
"Vulverhempton"un müdafiəçisi karyerasını "Mançester Yunayted"də davam etdirə bilər
"Mançester Yunayted"in yeni baş məşqçisi Böyük Britaniyaya gedə bilmir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
