"Kəpəz" rəsmisi: "Rəhbərlik baş məşqçiyə güvənir, yazılanlar həqiqəti əks etdirmir"
Misli Premyer Liqasında çıxış edən "Kəpəz" klubu cari mövsümün sonunda baş məşqçi Azər Bağırovla yolların ayrılacağı ilə bağlı iddialara münasibət bildirib.
"Report"a açıqlamasında Gəncə təmsilçisinin mətbuat xidmətinin rəhbəri Azad Mustafayev 40 yaşlı mütəxəssislə əməkdaşlıqlarının davam etdiyini söyləyib:
O, rəhbərliyin də baş məşqçiyə güvəndiyini vurğulayıb:
"Klubumuzun Azər Bağırov ilə əməkdaşlığı davam edir. Klubla baş məşqçi arasında hər hansı fikir ayrılığı yoxdu. Rəhbərlik də mütəxəssisə güvənir, tam dəstəyini ifadə edir. Yazılanlar həqiqəti əks etdirmir".
Qeyd edək ki, yerli mətbuatda "Kəpəz"in mövsümün sonunda Azər Bağırovla vidalaşacağı və onu bu postda "Xəzər Lənkəran"ın rumıniyalı sabiq baş məşqçisi Mirça Rednikin əvəzləyəcəyi yazılıb.
Oxşar xəbərlər
"Kəpəz"in baş məşqçisinin köməkçilərinin adları açıqlanıb
"Kəpəz"in baş məşqçi postuna əsas namizəd müəyyənləşib
"Kəpəz"in vitse-kapitanı: Hər bir futbolçu özünü yeni baş məşqçiyə göstərməyə çalışacaq - MÜSAHİBƏ
"Kəpəz" yeni baş məşqçisini açıqlayıb
Azər Bağırov: Gələcək oyunlarda istədiyimiz "Kəpəz"i görəcəyik
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 14 il ötür
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
Prezident: "Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir"
-
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
-
İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"












