sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
İspaniyalı mütəxəssis "Roma"nın baş məşqçisi ola bilər
İspaniya millisinin sabiq futbolçusu Sesk Fabreqas İtaliyanın "Roma" komandasının baş məşqçisi ola bilər.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə "Sky Sport" nəşri məlumat yayıb.
Paytaxt təmsilçisi hazırda "Komo"nun "sükanı arxasında" olan 37 yaşlı mütəxəssisi mövsümün sonunda komandadan ayrılacaq Klaudio Ranyerinin mümkün əvəzləyəcisi kimi görür.
"Canavar"ın siyahısında Stefano Pioli ("Əl-Nəsr"), Frençesko Farioli ("Ayaks") və Patrik Vieyra ("Cenoa") da var.
Qeyd edək ki, Sesk Fabreqas 2024-cü ilin yayından "Komo"da işləyir. Komanda onun rəhbərliyi altında 34 turdan sonra 42 xalla 11-ci pillədə qərarlaşıb.
Oxşar xəbərlər
"Barselona"nın futbolçusu İtaliya klubuna keçə bilər
"Roma"nın baş məşqçisi A Seriyasında ilkə imza atıb
Lempard "Roma"nın baş məşqçisi ola bilər
KİV: PSJ-nin futbolçusu mövsümün sonunda komandadan ayrılacaq
Azərbaycan millisinin sabiq baş məşqçisi ən az qiymətləndirilən futbolçuların siyahısına salınıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













