İngiltərə Premyer Liqası: “Aston Villa” “Nyukasl”ı darmadağın edib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
20 
apr
2025
02:00

İngiltərə Premyer Liqası: “Aston Villa” “Nyukasl”ı darmadağın edib

20 apr, 2025
02:00
605

İngiltərə Premyer Liqası: “Aston Villa” “Nyukasl”ı darmadağın edib

İngiltərə Premyer Liqasının 33-cü turunda “Aston Villa” “Nyukasl”ı qəbul edib.

“Sizinxeber.az” xəbər verir ki, baş hakim Carred Cillettin idarə etdiyi matç “Villa Park”da baş tutub.

“Aston Villa” görüşün ilk dəqiqəsində önə çıxıb: hücumçu Olli Uotkins fərqlənib. 17-ci dəqiqədə “sağsağanlar”ın müdafiəçisi Fabian Şer hesabı bərabərləşdirib. 64-cü dəqiqədə Yan Matsen ev sahiblərini yenidən önə çıxarıb. 73-cü dəqiqədə qonaqların oyunçusu Den Börn topu öz qapısına vurub. İki dəqiqə sonra “aslanlar”ın yarımmüdafiəçisi Amadu Onana hesabı 4:1 edib.

Bu qələbədən sonra “Aston Villa”nın aktivində 57 xal var. Birminhemlilər İPL turnir cədvəlində altıncı pilləyə yüksəliblər. “Nyukasl” 59 xalla üçüncü yerdədir.

Bizimlə əlaqə saxlayın