AFFA-nın vitse-prezidenti: “İşçi Qrupunun iclasında baş məşqçi profilinin müəyyənləşməsi qərara alındı”
“İşçi Qrupunun iclasında baş məşqçi profilinin müəyyənləşməsi qərara alındı”.
Bunu “Report”a açıqlamasında AFFA-nın vitse-prezidenti Vaqif Sadıqov xüsusi İşçi Qrupunun bu gün keçirilən iclasında müzakirə olunan məsələlər barədə danışarkən deyib.
O, iclasda hər iki istiqamət üzrə araşdırma aparılması barədə qərar verildiyini söyləyib: “Ümumi müzakirələr oldu. Növbəti baş məşqçinin meyarlarını müəyyən etmək baxımından həm yerli, həm də əcnəbi namizədlərlə bağlı fəaliyyətimizi davam etdirəcəyik. Tələsik qərar vermək istəmirik, dərindən təhlilə ehtiyac var. AFFA İcraiyyə Komitəsinin növbəti iclasına qədər həm yerli, həm də əcnəbi namizədləri təqdim etməliyik. Hər iki istiqamətdə namizədlər olacaq”.
İşçi Qrupunun üzvü bildirib ki, yeni baş məşqçi bir çox meyarlara cavab verməlidir: “Futbol biliyi olmalı, öz fəlsəfəsini oyunçulara çatdırmağı bacarmalıdır. Şəxsən mən özümdə 10 meyar müəyyənləşdirmişəm. Bunların ətrafında müzakirələr aparmışıq. Yeni çalışdırıcı dürüst, açıq fikirli, səbirli, tələbkar, enerjili olmalı, qarşısına ardıcıl məqsədlər qoymalı, ürəklə çalışmalı, komandada müsbət atmosfer yaratmalı, gərgin anlardan çıxış yolu tapmağı bacarmalıdır. Bunlar sırf mənim istədiyim profildir. Digər üzvlər də öz fikirlərini bildirəcəklər”.
Vaqif Sadıqov növbəti iclasa bəzi mütəxəssislərin də qatılacağını vurğulayıb: “Təklifləri “e-mail” formasında bir-birimizə göndərəcəyik. Tarix hələ bəlli olmasa da, sonrakı iclasın yanvarda baş tutması gözlənilir. Həmin toplantıya mütəxəssislər də cəlb ediləcək, onların fikirlərinə önəm veriləcək”.
Qeyd edək ki, AFFA İcraiyyə Komitəsinin noyabrda keçirdiyi fövqəladə iclasında Azərbaycan yığmasının baş məşqçi postuna namizədlərin müəyyənləşdirilməsi üçün xüsusi İşçi Qrupunun yaradılması qərara alınıb.
Oxşar xəbərlər
“İqtisadi artım üzrə işçi qrupu”nun növbəti iclası keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Elektrik təchizatı şəbəkələrinə qoşulma” işçi qrupunun növbəti iclası keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Əlaqələndirmə və monitorinq üzrə İşçi Qrupunun növbəti iclası keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Milli Məclisin iclası keçirilir, gündəliyə dəyişiklik edilib - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Fransa-Azərbaycan Dostluq Qrupu fəaliyyətini dayandırdı [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












