Dövlət qurumları arasında minifutbol turnirinin qalibi bəlli olub
sizinxeber.az xəbər saytı

Dövlət qurumları arasında minifutbol turnirinin qalibi bəlli olub


Dövlət qurumları arasında Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş minifutbol turniri başa çatıb.

"Sizinxeber.az"un məlumatına görə, Daxili İşlər Nazirliyinin komandası bürünc medal uğrunda oyunda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyini məğlub edərək (5:0) üçüncü yeri tutub.

Finalda isə Fövqəladə Hallar Nazirliyi (FHN) və Ədliyyə Nazirliyinin kollektivləri qarşılaşıblar. Ədliyə Nazirliyi rəqibini 2:1 hesabı ilə üstələyərək turnirin qalibi olub.

Həlledici görüşü gənclər və idman naziri Fərid Qayıbov, AFFA-nın baş katibi Sərxan Hacıyev də izləyiblər.

Qeyd edək ki, Gənclər və İdman Nazirliyi, AFFA və Azərbaycan Minifutbol Federasiyasının təşkilati dəstəyi ilə keçirilən yarışda 52 dövlət qurumu, şirkət və müxtəlif təşkilatların komandaları mübarizə aparıb.

Oxşar xəbərlər

Dövlət qurumları arasında basketbol üzrə respublika birincilyinin qalibi məlum olub
Kişi voleybolçular arasında Azərbaycan çempionatının qalibi bu gün bəlli olacaq
“Mançester Siti” klublararası dünya çempionatının qalibi olub
Yunanıstan klubu UEFA Gənclər Liqasının qalibi olub
Fövqəladə Hallar Nazirliyinin atletika komandası yüksək nəticə göstərib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər