sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
“Qarabağ” Riçard Almeyda ilə yollarını ayırıb
“Qarabağ” futbolçusu Riçard Almeyda ilə yollarını ayırıb.
Apasport.az kluba istinadən xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verilib.
2012-2018, 2019 və 2021-2025-ci illərdə "köhlən atlar"da çıxış edən oyunçu 376 matçda 64 qol vurub.
Almeyda Premyer Liqada 254 (51 qol), ölkə kubokunda 31 (5 qol), avrokuboklarda 91 (8 qol) dəfə komandanın formasını geyinib. O, 9 dəfə Azərbaycan çempionu, 5 dəfə Azərbaycan Kubokunun qalibi adını qazanıb. Yarımmüdafiəçi 2017-2023-cü illərdə çıxış etdiyi Azərbaycan millisində 31 oyunda 3 qol vurub.
Oxşar xəbərlər
"Qarabağ" Riçard Almeyda ilə yollarını ayırdığını açıqlayıb
“Qarabağ” Julio Romao ilə yollarını ayırıb
"Qarabağ" Hamidu Keytayla yollarını ayırıb
Portuqaliya millisinin sabiq üzvü Nani futbolçu karyerasını başa vurub
"Qarabağ" hücumçu Hamidu Keyta ilə yollarını ayırdığını açıqlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













