Premyer Liqa: “Kəpəz” “Araz-Naxçıvan”a qalib gəlib
Azərbaycan Premyer Liqasında XXIX tura start verilib.
“Sizinxeber.az”un məlumatına görə, açılış oyunu “Liv Bona Dea Arena”da keçirilib.
Günün yeganə matçında “Araz-Naxçıvan” “Kəpəz”i qəbul edib. Görüşdə hesabı ev sahibləri açıblar. 16-cı dəqiqədə Miço Kuzmanoviç fərqlənib. Lakin fasilədən sonra gəncəlilər geridönüş etməyi bacarıblar. Əvvəlcə 54-cü dəqiqədə Martins Junior adını tabloya yazdırıb. 8 dəqiqə sonra Mate Kvirkviya adını tabloya yazdırıb.
Beləliklə, səfərdə 2:1 hesablı qələbə qazanan “Kəpəz” elitada qalmaq yolunda davam bir önəmli addım atıb. Gəncəlilər xallarının sayını 30-a çatdıraraq, doqquzuncu pillədəki mövqelərini qoruyublar. “Araz-Naxçıvan” isə 32 xalla səkkizinci yerdə qalıb.
Qeyd edək ki, turun digər oyunları aprelin 6-7-də keçiriləcək.
Oxşar xəbərlər
Premyer Liqa: "Sumqayıt" "Araz-Naxçıvan"la heç-heçə edib
Premyer Liqa: "Neftçi" "Qəbələ"ni məğlub edərək ikinci pilləyə yüksəlib
Azərbaycan Premyer Liqası: XXIV turun açılış oyununda "Kəpəz" qalib gəlib
Premyer Liqa: “Sumqayıt” səfərdə “Qəbələ”yə qalib gəlib
Premyer Liqa: "Turan Tovuz" "Araz-Naxçıvan"ı məğlub edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













