İngiltərə Premyer Liqası: “Çelsi” “Mançester Yunayted” üzərində əzmkar qələbə qazanıb
sizinxeber.az xəbər saytı

İngiltərə Premyer Liqası: “Çelsi” “Mançester Yunayted” üzərində əzmkar qələbə qazanıb


İngiltərə Premyer Liqasının 31-ci turu çərçivəsində “Çelsi” “Stemford Bric”də “Mançester Yunayted”i qəbul edib.

“Report” xəbər verir ki, oyunu avstraliyalı hakim Carred Cillett idarə edib.

Oyunda hesab erkən açılıb: 4-cü dəqiqədə yarımmüdafiəçi Konor Qallaher “mavilər”in ilk qoluna imza atıb. 19-cu dəqiqədə Koul Palmer penaltidən fərqlənərək ev sahiblərinin üstünlüyünü artırıb. Bununla belə, 34-cü dəqiqədə “qırmızı şeytanlar” fərqi azaldıblar: argentinalı Alexandro Qarnaço dəqiq olub. Cəmi dörd dəqiqə sonra Brunu Fernandeş Dioqu Dalotun ötürməsini qolla tamamlayaraq status-kvonu bərpa edib.

İkinci hissədə isə 67-ci dəqiqədə Qarnaço “Yunayted”i hesabda irəli çıxarıb. Bununla belə, oyundakı əsl drama son dəqiqələrdə başlayıb: əlavə edilmiş 10-cu dəqiqədə Koul Palmer penaltidən dubla imza atıb, cəmi bir dədiqə sonra ingiltərəli futbolçu hettrik edərək “Çelsi”yə qələbə qazandırıb – 4:3.

Qeyd edək ki, “Çelsi” 29 oyundan sonra 43 xalla 10-cu pillədə qərarlaşıb. “Mançester Yunayted” 30 oyundan sonra 48 xalla 6-cı pillədə qalıb. Erik ten Haqın komandasını 57 xalla “Tottenhem” qabaqlayır. “Qırmızı şeytanlar”ın ən yaxın təqibçisi 45 xalla (31 oyuna) “Vest Hem”dir. Turnir cədvəlinə isə 70 xalla “Liverpul” başçılıq edir.

Oxşar xəbərlər

İngiltərə Premyer Liqası: “Arsenal” 5 cavabsız qol vurub, “Tottenhem” uduzub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Premyer Liqa: “Mançester Yunayted” səfərdə məğlub oldu, “Aston Villa” vacib qələbə qazandı - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Mançester Yunayted" 93 ildən sonra ən pis nəticəyə imza atıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Mançester Siti” klublararası dünya çempionatının qalibi olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Premyer Liqa: "Neftçi" "Qəbələ"ni məğlub edərək ikinci pilləyə yüksəlib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər