Gürcü futbolçu “PSJ”yə 75 milyona transfer ediləcək
Gürcüstanlı yarımmüdafiəçisi Xviça Kvaratsxeliyanın İtaliyanın “Napoli” klubundan Fransanın “PSJ” klubuna transfer məbləği açıqlanıb.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə italiyalı jurnalist Nikolo Şira “X” sosial şəbəkəsindəki səhifəsində məlumat verib.
Onun transfer qiyməti 75 milyon avro təşkil edəcək.
Məlumata görə, Kvaratsxeliya ilə müqavilə 2029-cu ilə qədər davam edəcək. Razılığın bir mövsüm uzadılması mümkündür. Futbolçunun Paris klubunda maaşı 9 milyon avro olacaq və o, 2 milyon avro bonus qazanacaq.
Qeyd edək ki, 23 yaşlı futbolçu 2022-ci ildən “Napoli”də çıxış edir və komandanın tərkibində 2023-cü ildə İtaliya çempionu olub. Bu mövsüm gürcü futbolçu klubda 19 oyun keçirib, 5 qol vurub və 3 məhsuldar ötürmə verib.
Kvaratsxeliya əvvəllər “Rubin Kazan” və Moskvanın “Lokomotiv” klublarında çıxış edib.
Yarımmüdafiəçi 2019-cu ildə Rusiya kubokunu qazanıb və ölkə çempionatının gümüş mükafatçısı olub. Kvaratsxeliya Gürcüstan millisinin heyətində 40 oyun keçirib, 17 qol vurub və 9 məhsuldar ötürmə verib.
Oxşar xəbərlər
Xviça Kvaratsxeliya "Napoli" ilə razılığa gəlib
"Napoli" Portuqaliya klubunun futbolçusunu transfer edir
"Barselona" Kvaratsxeliyanı fantastik məbləğə transfer etməyi planlaşdırır
Duşan Vlahoviç İtaliya A Seriyasında ən çox qazanan futbolçu olacaq
Xviça Kvaratsxeliya "Napoli"ni tərk edə bilər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ-li konqresmendən Xameneiyə xəbərdarlıq: "Nə qədər ki, imkan var, İranı tərk et"
-
Ölkədə bəzi ərazilərdə qar yağacağı gözlənilir - XƏBƏRDARLIQ
-
Cəlilabad Rayon İcra Hakimiyyətində kadr dəyişikliyi olub
-
Gündə dörd milyard dollar: ABŞ-nin Venesuela neftinə nəzarət üçün iddialı planı
-
Xamenei müraciət yaydı: Tramp devriləcək!
-
Xamenei: "İslam Respublikası etirazlar qarşısında geri çəkilməyəcək"












