Emin Mahmudov zədəsini sağaldıb
Azərbaycan millisinin və "Neftçi"nin futbolçusu Emin Mahmudov zədəsini sağaldıb.
Bu barədə "Sizinxeber.az"a 32 yaşlı yarımmüdafiəçi özü məlumat verib.
O, "Neftçi" ilə birlikdə məşqlərə başlayacağını deyib:
"Bildiyiniz kimi sabahdan komanda təlim-məşq toplanışına başlayır. Zədəm sağalıb, hazıram. Kollektivə tam qoşulmaq üçün bir-iki gün lazım olacaq".
Qeyd edək ki, E.Mahmudov Azərbaycan yığmasının noyabrın 16-da Estoniyaya qarşı keçirdiyi UEFA Millətlər Liqası matçından əvvəl zədələnmişdi. "Neftçi" Misli Premyer Liqasının XIX turunda "Sabah"la üz-üzə gələcək. Görüş yanvarın 19-da, "Neftçi Arena"da, saat 18:30-da start götürəcək. Paytaxt təmsilçisi hazırda turnir cədvəlində 17 xalla səkkizinci pillədə qərarlaşıb.
Oxşar xəbərlər
Emin Mahmudov: "Məşqlərə başlamamışam, bərpa prosesi davam edir"
"Neftçi"nin futbolçusu Emin Mahmudov zədələnib
"Arsenal"ın futbolçusu zədəsini sağaldıb
"Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq
Emin Mahmudovun yaşıl meydanlara qayıdacağı vaxt bəlli olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Trampın təhdidindən sonra İran nümayəndə heyəti danışıqları tərk etdi
-
Beynəlxalq axtarışda olan şəxs BƏƏ-də tutularaq Azərbaycana ekstradisiya edilib
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ilk hissə bitib - YENİLƏNİR-2
-
DÇ-2026: Yaponiya Tunisə böyük hesabla qalib gəlib - YENİLƏNİB-7
