"Qarabağ" rəsmisi: "Qurban Qurbanov Türkiyə klublarından təklif alsa da, qəbul etməyib"
Qurban Qurbanov Türkiyə klublarından təklif alsa da, qəbul etməyib.
"Sizinxeber.az" xəbər verir ki, bunu "Qarabağ"ın baş direktoru Emrah Çelikel "beIN SPORTS"un saytına açıqlamasında deyib.
Klub rəsmisi Qurban Qurbanovun qardaş ölkə Türkiyədən təkliflər aldığını söyləyib:
"Qurban Qurbanov Türkiyə klublarından təklif alsa da, qəbul etməyib. O, komandamızda qalmağı məqbul hesab edib. “Qarabağ”ın güclü mənəvi ruhu var. Baş məşqçimiz Vətəninə, bayrağına çox bağlıdır. "Qarabağ" uzun illərdir onun rəhbərliyi altında çıxış edir. Ayrılıqla bağlı məsələ müzakirə mövzusu olmayıb. Təbii ki, bəzi Avropa klubları da bəzən dəvətlər göndərirdi. Lakin Qurban Qurbanov öz qəti cavabını verib".
O, Ağdam təmsilçisinin hücumçusu Juninyonun İspaniya təmsilçisi "Sevilya"ya mümkün keçidi ilə bağlı danışıb:
"Juninyoya rəsmi təklif göndərilib. Danışıqların ilkin mərhələsində razılığa gələ bilmədik. Lakin danışıqların davamı olacaq. "Sevilya" həqiqətən bu transferi həyata keçirmək istəyirsə, bizim də maraqlarımızı nəzərə almalıdır. Qış fasiləsində Juninyo kimi forvard tapmaq asan olmaz. Lakin istəyərdik ki, Azərbaycandan hansısa futbolçu La Liqada çıxış etsin".
Oxşar xəbərlər
Qurban Qurbanov: "Juninyo "Sevilya"dan təklif alanda bu xəbərə çox sevinib" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qurban Qurbanov "Qarabağ"ı Azərbaycan çempionatında 500-cü oyuna çıxarıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qurban Qurbanov "Qarabağ"da baş məşqçi kimi 400-cü qələbəsini qazanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qurban Qurbanov: 0:3 hesabı ilə uduzmağa layiq deyildik [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qurban Qurbanov: "Lion" çox keyfiyyətli komandadır" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
İki şəhid anası: "Onlar haqqında danışanda Leyla xanım kövrəlib ağladı"
-
Prezident İlham Əliyev Daşkənddə "Gələcəyin İrsi" Beynəlxalq Mükafatının təqdimat mərasimində iştirak edib












