Premyer Liqa: III turdan təxirə salınan oyunun təyinatları bəlli olub » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
04 
noy
2024
14:00

Premyer Liqa: III turdan təxirə salınan oyunun təyinatları bəlli olub

04 noy, 2024
14:00
518

Premyer Liqa: III turdan təxirə salınan oyunun təyinatları bəlli olub

Misli Premyer Liqasının III turundan təxirə salınan “Zirə” – “Araz-Naxçıvan” oyununun təyinatları bəlli olub.

"Report" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşmanın baş hakimi Rauf Cabarov olacaq.

Ona Eyyub İbrahimov ilə Asiman Əzizli kömək göstərəcəklər. Dördüncü hakim funksiyasını Kamran Əliyev yerinə yetirəcək. VAR-da Nicat İsmayıllı, AVAR-da Kamran Bayramov əyləşəcəklər. Ramil Diniyev hakim-inspektor, İlham Əliyev AFFA nümayəndəsi kimi təyinat alıblar.

Qeyd edək ki, qarşılaşma noyabrın 6-da, saat 19:00-da Zirə İdman Kompleksinin stadionunda gerçəkləşəcək.

Bizimlə əlaqə saxlayın