aaaaaaaaaaaaaaaaKirmizi-Indirim-Firsati-Web-Site-Banner-Reklam-Bandi-1100-x-88-piksel_2.gif
"Sabah"ın futbolçusu: "Sərgilədiyimiz oyunlara baxsaq, daha yüksək pillədə olmalı idik"
sizinxeber.az xəbər saytı

"Sabah"ın futbolçusu: "Sərgilədiyimiz oyunlara baxsaq, daha yüksək pillədə olmalı idik"


Sərgilədiyimiz oyunlara baxsaq, hazırda daha yüksək pillədə olmalı idik.

Bunu "Sizinxeber.az"a açıqlamasında "Sabah"ın futbolçusu Tellur Mütəllimov Misli Premyer Liqasında 11 turdan sonra komandasının çıxışı barədə danışarkən deyib.

29 yaşlı yarımmüdafiəçi üstün olduqları bəzi matçlarda qələbə qazana bilmədiklərini söyləyib:

"Çempionat hələ yeni başlayıb. Mövsümün yarısına da çatmamışıq. Bu səbəbdən konkret fikir bildirmək çox çətindir. Hazırda komandalar arasında xal fərqi çox azdır. Bu da qarşıdakı turlarda gərgin rəqabətin olacağından xəbər verir. Premyer Liqada çıxışımız barədə isə ancaq mövsümün sonunda nəsə demək olar".

Oyunçu son turda "Neftçi" ilə qolsuz heç-heçə etdikləri matça da toxunub:

"Meydanda üstün tərəf biz idik. Hətta penalti qazansaq da, təəssüf ki, faydalana bilmədik. Lakin bu, futboldur. Bəzən üstün olsan da, üç xal qazana bilmirsən. Hərdən isə tam əksi baş verir. Artıq "Neftçi" ilə qarşılaşma geridə qalıb. İndi bu görüşü unudub qarşıdakı matçlara köklənməliyik".

Mütəllimov cari mövsümdəki hədəflərindən də bəhs edib:

"Məqsədimiz əvvəlki illərdəki kimi dəyişməz olaraq qalır. Hər oyuna qələbə üçün çıxırıq. Yalnız növbəti görüş haqqında düşünürük. Hər keçən həftə özümüzü bir az da təkmilləşdirmək niyyətindəyik. Komanda olaraq yalnız qələbəyə köklənmişik. İnanıram ki, tezliklə yaxşı nəticələrlə azarkeşlərimizi sevindirəcəyik".

O, çempionatda hər rəqibə hörmətlə yanaşdıqlarını söyləyib:

"Premyer Liqada klublar arasında çox ciddi rəqabət var. Bunu matçlara baxanda da görmək mümkündür. Hər bir kollektivlə mübarizə çox çətin keçir. Hər kəs oyunlarda sonadək mübarizə aparır".

Qeyd edək ki, "Sabah" 11 turdan sonra 17 xalla 5-ci pillədə qərarlaşıb.

Oxşar xəbərlər

"Turan Tovuz"un futbolçusu: "Mövsümün əvvəlində komandalar bizimlə oyunlara ciddi yanaşmırdılar"
Premyer Liqa: "Neftçi" VIII turda da qələbə qazana bilməyib
"Araz-Naxçıvan"ın futbolçusu: "Sumqayıt"la oyunun nəticəsi ədalətli deyildi"
"Bayer 04"ün kapitanı: İlk hissədə nə baş verdiyini anlaya bilmədik
"Sumqayıt"ın futbolçusu: "Neftçi" ilə oyunda stadion və azarkeşlər bizə motivasiya verdi" 

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər