İtaliya futbolunun əfsanəsi 48 yaşında karyerasını bərpa edə bilər
sizinxeber.az xəbər saytı

İtaliya futbolunun əfsanəsi 48 yaşında karyerasını bərpa edə bilər


“Roma”nın və İtaliya millisinin sabiq hücumçusu, 48 yaşlı Françesko Totti karyerasını davam etdirə və “A” Seriyasının “Komo” klubu ilə müqavilə bağlaya bilər.

Bu barədə “Sizinxeber.az” İtaliya mətbuatına istinadən xəbər verir.

Qeyd olunub ki, Totti mövsümün sonuna qədər “Komo”ya keçməyi ciddi şəkildə düşünür.

Futbolçu bütün karyerasını bir klubda keçirib. Totti 1992-2017-ci illərdə “Roma”da 25 mövsüm oynayıb. O, 785 oyun keçirib, 307 qol vurub və 207 məhsuldar ötürmə edib. “Roma” ilə birlikdə Totti 2001-ci ildə İtaliya çempionu olub.

İtaliya millisində 58 oyuna çıxan futbolçu 9 qol vurub, 25 məhsuldar ötürmə verib. O, həm də 2006-vi ildə dünya çempionu olub.

Oxşar xəbərlər

Françesko Totti ilə A Seriyası klubları maraqlanıb
"Marsel"in futbolçusu karyerasını İtaliya klubunda davam etdirəcək
Rafael Varana İtaliya klubunda vəzifə verilib
Portuqaliya millisinin hücumçusu İtaliya klubuna keçəcək
"Roma"nın futbolçusu karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər