AFFA azarkeşlərə kənar əşya atan iki futbolçunu cəzalandırıb
sizinxeber.az xəbər saytı

AFFA azarkeşlərə kənar əşya atan iki futbolçunu cəzalandırıb


I Liqada çıxış edən "İmişli" klubunun iki futbolçusu azarkeşlərə kənar əşya atdığı üçün iki oyunluq cəzalanıb.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.

İdris İnqilablı və Bahadur Həziyev V turda "Karvan"la matçda fanatlara kənar əşya atıblar.

"İmişli" onların bu hərəkətinə görə 400 manat (hərəsi 200) cərimə olunub.

Qeyd edək ki, qarşılaşma "Karvan"ın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Oxşar xəbərlər

"Neftçi"nin futbolçusu azarkeşlərə əşya atdığı üçün cəzalanıb
AFFA İntizam Komitəsi bölgə klubunun futbolçusunu dörd oyunluq cəzalandırıb
"Neftçi"nin futbolçusunun cəzası azaldılıb
AFFA “Sumqayıt” və “Kəpəz” klublarını cərimələyib
"Kəpəz"in analitiki fiziki təzyiq göstərməyə cəhdə görə cəzalanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər