sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Azərbaycan millisinin dünya çempionatında üçüncü yer uğrunda oyun üçün rəqibi müəyyənləşib
Azərbaycanın minifutbol üzrə U-23 millisinin Xorvatiyanın Malıy Loşin şəhərində təşkil olunan dünya çempionatında üçüncü yer uğrunda oyun üçün rəqibi müəyyənləşib.
“Sizinxeber.az” xəbər verir ki, Rəcəb Fərəczadənin rəhbərlik etdiyi komanda Serbiyanın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşacaq.
Görüş sabah saat 17:00-da keçiriləcək.
Qeyd edək ki, Azərbaycan millisi yarımfinalda Çexiyaya 3:4 hesabı ilə uduzub. Rəcəb Fərəczadənin rəhbərlik etdiyi kollektiv 1/4 finalda İngiltərədən (3:0) güclü olub. Yığma qrupda Hindistan seçməsini 16 cavabsız qolla üstələsə də, Serbiyaya (1:5) və Çexiyaya (0:2) uduzub.
Oxşar xəbərlər
Dünya çempionatı: Azərbaycanın U-23 millisi yarımfinalda məğlub olub
Dünya çempionatı: Azərbaycanın minifutbol üzrə U-23 millisi yarımfinal matçına çıxacaq
Azərbaycanın U-23 millisi dünya çempionatının yarımfinalına yüksəlib
Azərbaycan millisi dünya çempionatında ikinci matçını keçirəcək
Azərbaycan millisi dünya çempionatında böyükhesablı qələbə qazanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











