“Elektrik təchizatı şəbəkələrinə qoşulma” işçi qrupunun növbəti iclası keçirilib
sizinxeber.az xəbər saytı

“Elektrik təchizatı şəbəkələrinə qoşulma” işçi qrupunun növbəti iclası keçirilib


Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Elektrik təchizatı şəbəkələrinə qoşulma” işçi qrupunun videokonfrans formatında növbəti iclası keçirilib.

“Sizinxeber.az”un Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, işçi qrupunun rəhbəri, energetika nazirinin müavini Samir Vəliyev açılış nitqi ilə çıxış edərək iclasın gündəliyi haqqında məlumat verib, ötən müddət ərzində görülən işlər və qarşıda duran vəzifələr barədə danışıb.

Komissiya Katibliyinin rəhbəri Vüsal Şıxəliyev çıxışında sahibkarlıq subyektlərinin elektrik təchizatı şəbəkələrinə qoşulması sahəsində işçi qrupunun il ərzində həyata keçirdiyi fəaliyyətləri yüksək qiymətləndirməklə yanaşı, beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması istiqamətində əldə olunan nailiyyətlərə diqqət çəkib.

Gündəliyə uyğun olaraq işçi qrupunun ötən iclasında verilmiş tapşırıqlarla bağlı görülmüş işlər barədə məlumat verilib. Dünya Bankının “B-Ready” hesabatının “Kommunal xidmətlər (elektrik)” indikatoru ilə bağlı 2022-2023-cü illər üzrə Yol Xəritəsinin cari ildə icra vəziyyətinə dair hesabat dinlənilib. “Kommunal xidmətlər (elektrik)” indikatoruna dair sorğunun cavablandırılması ilə bağlı görülmüş işlər barədə məlumat verilib, eləcə də gündəliyə uyğun görüləcək tədbirlər ətrafında müzakirələr aparılıb, göstəricilərin daha da təkmilləşdirilməsi üçün tövsiyələr təqdim edilib.

İclasda Energetika və İqtisadiyyat nazirlikləri, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, “Azərişıq” ASC, “Azərenerji” ASC, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və işçi qrupuna üzv olan digər aidiyyəti qurumların və özəl şirkətlərin nümayəndələri iştirak edib.

Oxşar xəbərlər

“İqtisadi artım üzrə işçi qrupu”nun növbəti iclası keçirilib
Əlaqələndirmə və monitorinq üzrə İşçi Qrupunun növbəti iclası keçirilib
Qayda təsdiqləndi: ermənilərlə görüş belə keçiriləcək
Fransa-Azərbaycan Dostluq Qrupu fəaliyyətini dayandırdı
Bu gün Binəqədidə qaz təchizatı dayandırılacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle