Azərbaycan və İsveç milliləri tarixdə beşinci dəfə qarşılaşacaqlar
UEFA Millətlər Liqasının I turunda Bakı İsveç seçməsi ilə qarşılaşacaq Azərbaycan yığması bu komanda ilə beşinci dəfə üz-üzə gələcək.
"Sizinxeber.az"un məlumatına görə, yığma əvvəlki dörd oyunun yalnız birində qələbə qazanıb.
Digər üç görüşdə skandinaviyalılar qalib gəliblər.
Tərəflər arasındakı ilk matç 2000-ci il sentyabrın 2-də Bakıda gerçəkləşib. Dünya çempionatının seçmə mərhələsinə təsadüf edən qarşılaşma qonaqların minimalhesablı qələbəsi ilə yekunlaşıb - 1:0. 2001-ci il oktyabrın 2-də eyni turnirin Stokholmda baş tutan oyununda meydan sahibləri 3 cavabsız qolla üç xal əldə ediblər.
Digər iki duel isə AVRO-2024-ün seçmə mərhələsinə təsadüf edib. Martın 27-də səfərdə 5 cavabsız qolla uduzan Azərbaycan millisi noyabrın 16-da Bakıda qələbəyə sevinib - 3:0.
Qeyd edək ki, Azərbaycan – İsveç matçı bu gün, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Oxşar xəbərlər
Emin Mahmudov: Çalışacağıq ki, İsveç üzərində qələbə qazanaq
Azərbaycan millisinin bir futbolçusu İsveçlə oyunun "23-lüy"ündən kənarda qalıb
İsveç millisinin baş məşqçisi: Futbolçularımız sabah qürurla çıxış edəcəklər
UEFA Millətlər Liqası: Azərbaycanla oyun üçün İsveçdən 65 azarkeş gələcək
UEFA Millətlər Liqası: İsveç - Azərbaycan oyununun biletlərinin satışa çıxacağı tarix açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













